Ramzan Kadırov: “Generalın qətlinə laqeyd qalmaq olmaz”

Ramzan Kadırov: “Generalın qətlinə laqeyd qalmaq olmaz”

Çeçenistan lideri: “ABŞ-ın növbəti addımı gözlənilməz və daha pis nəticələrə gətirib çıxara bilər”

 

“General Qasım Süleymaninin öldürülməsi ABŞ-ın səriştəsiz addımı kimi qiymətləndirilməlidir”.

 

AYNA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlamanı Çeçenistan lideri Ramzan Kadırov verib.

 

“ABŞ-ın növbəti addımı gözlənilməz və daha pis nəticələrə gətirib çıxara bilər. Buna görə vəziyyətə heç kəs laqeyd qalmamalıdır”, - o bildirib.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

 

Müəllif: Ayna.az      4 Yanvar 2020 17:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin