Hava yağıntılı olacaq

Hava yağıntılı olacaq

Ayrı-ayrı yerlərdə duman olacaq, külək əsəcək

 

Bakıda və Abşeron yarımadasında yanvarın 5-də arabir yağış yağacağı gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

 

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.   

 

Azərbaycanın rayonlarında

 

Əsasən yağmursuz olacaq, bəzi cənub və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Lənkəran-Astara zonasında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

 

Tibbi-meteoroloji proqnoz

 

Yanvarın 5-6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Müəllif: Ayna.az      4 Yanvar 2020 14:28
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin