“Azərbaycan Dəmir Yolları”na məxsus yarımstansiyada yanğın olub

“Azərbaycan Dəmir Yolları”na məxsus yarımstansiyada yanğın olub

Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub

 

Bakı şəhərinin Qaradağ rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yarımstansiyanın ərazisində transformatorun yanar hissələri və tutumu 40 ton olan yağla dolu çən yanıb.

 

Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      4 Yanvar 2020 12:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin