Qaraciyəri bərpa etməyin ən asan üsulu

Qaraciyəri bərpa etməyin ən asan üsulu

Laktobakteriyalar, həmçinin qaraciyərdə yağ yığılmasını və iltihabını azaldı

 

Spirtli içkilər insan orqanizmini bütövlükdə məhv edir, ancaq ən böyük zərbə qaraciyərə düşür.

 

AYNA xəbər verir ki, Çin alimləri spirtli içki qəbulundan sonra hansı bakteriyaların qaraciyəri bərpa etdiyini araşdırıblar. Bir sıra təcrübələr apardıqdan sonra aşkar ediblər ki, laktobakteriyalar bu vacib orqana müsbət təsir göstərir.  

 

Mütəxəssislər səkkiz həftə ərzində spirtli içki verilən laboratoriya siçanları üzərində bir sıra sınaqlar aparıblar. Nəticədə orqanizmdə olan laktobakteriyalar və bifidobakteriyalar səviyyəsində azalma, bağırsağın pH-nın artması, həmçinin patogen bakteriyaların həddindən artıq böyüməsi müşahidə edilib.  

 

Son iki həftə ərzində təcrübə aparılan siçanlara diyet tətbiq olunub, qidalarına isə "Lactobacillus rhamnosus" (LGG) dənələri əlavə edilib. Nəticələr göstərib ki, LGG dənələrinin verilməsi bağırsaq mikroflorasının bərpasına kömək edib, bu da öz növbəsində piy yığılmasını və qaraciyərdə iltihablanmanın səviyyəsini azaldıb. 

 

Beləliklə, tədqiqatçılar belə nəticəyə gəliblər ki, laktobakteriyalar spirti içki disbakteriozunu aradan qaldırmağa qadirdir. Həmçinin qaraciyərdə yağ yığılmasını və iltihabını azaldır.  

Müəllif: Ayna.az      4 Yanvar 2020 09:33
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin