Tramp səssizliyini pozdu: "İran da onun ölümünü istəyirdi"

Tramp səssizliyini pozdu:    "İran da onun ölümünü istəyirdi"

Tramp bu barədə öz "Twitter" hesabında yazıb

 

ABŞ lideri Donald Tramp nəhayət ki, səssizliyini pozub və onun əmri ilə öldürülən İran generalı Qasım Süleymani ilə bağlı fikirlərini bəyan edib.

 

AYNA xəbər verir ki, Donald Tramp bu barədə öz "Twitter" hesabında yazıb.

 

"Süleymani çoxdan öldurulməli idi, o, milyonlarla insanın ölümünə birbaşa və ya dolayı yolla səbəb olub. Süleymani uzun müddət ərzində minlərlə amerikalını öldürüb və ya ağır yaralayıb və yenə də öldürməyi planlaşdırırdı", - deyə Tramp qeyd edib.

 

Tramp hesab edir ki, əslində İran xalqı generalın ölümünə o qədər də kədərlənmir: "İran vətəndaşları da Süleymaniyə nifrət edirdi, ondan qorxurdular. İran da onun ölümünü istəyirdi, sadəcə etiraf etmək istəmirdi".

Müəllif: Ayna.az      4 Yanvar 2020 00:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin