Minlərlə iranlı küçələrə axışıb - FOTOLAR

Minlərlə iranlı küçələrə axışıb -     FOTOLAR

 

Süleymaninin ölümündən sonra minlərlə iranlı küçələrə axışıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, nümayişlər ölkənin müxtəlif şəhər və əyalətlərində keçirilir.

Протестующие c плакатами с Касемом Сулеймани, который был убит в результате авиаудара США в Ираке

Əllərində "Rədd olsun ABŞ" və "Rədd olsun İsrail" şüarları yazılmış plakatlar daşıyan nümayişçilər cümə namazından sonra küçələrdə, məscidlərdə və metroda toplaşıblar. 

Мальчик несет портрет Касема Сулеймани, убитого во время авиаудара США в Ираке

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani dörd zabitlə birlikdə cümə axşamı gecə saatlarında Bağdad hava limanında ABŞ-ın raket zərbəsi ilə öldürülüb.

Демонстранты во время акции протеста против убийства Касема Сулеймани

İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei, Prezident Həsən Ruhani Tehranın ABŞ-dan qisas alacağını, müdafiə naziri Əmir Hatəmi isə generalın ölümünə “sarsıdıcı cavab” verəcəyini açıqlayıb.

Демонстранты во время акции протеста против убийства Касема Сулеймани

Rəsmi Pentaqon isə Bağdad hava limanına edilən hücumla bağlı əmrin ABŞ prezidenti Donald Tramp tərəfindən verildiyini vurğulayıb. 

Демонстранты во время акции протеста против убийства Касема Сулеймани

Süleymaninin ölümündən bir neçə saat sonra Dövlət Departamenti Amerika vətəndaşlarına dərhal İraqı tərk etmələrini məsləhət görüb.

Протестующие c плакатами с Касемом Сулеймани, который был убит в результате авиаудара США в Ираке

Демонстранты во время акции протеста против убийства Касема Сулеймани

Müəllif: Ayna.az      3 Yanvar 2020 23:29
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin