Qasım Süleymaninin qətli barədə həyəcan siqnalları

Qasım Süleymaninin qətli barədə həyəcan siqnalları

Avropa İttifaqı və ayrı-ayrı dövlətlər tərəfləri təmkinli davranmağa çağırır

 

Avropa İttifaqı (Aİ) hesab edir ki, ABŞ-ın İraqdakı məlum hava hücumundan sonra bölgədə eskalasiya təcili dayandırılmaldır. AYNA xarici KİV-ə əsasən xəbər verir ki, bu fikri Aİ Şurasının Prezidenti Şarl Mişel səsləndirib.

 

Onun sözlərinə görə, əgər vəziyyətə nəzarət olunmazsa, bölgədə gərginlik artıracaq: “Üstəlik, beynəlxalq terrorla mübarizəyə kölgə salınacaq. Bu təqdirdə terrorizmin də güclənməsi istisna deyil”.

 

Bu çağırışa bir çox dövlətlərdən dəstək gəlib. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Ging Suang bəyan edib ki, beynəlxalq münasibətlərdə gücdən istifadəyə son qoyulmalıdır: “BMT üzvləri olan ölkələr bir-birinə hörmət etmək məcburiyyətindədir”.

 

Suriya Xarici İşlər Nazirliyi isə ABŞ-ı sərt tənqid edən bəyanat yayıb: “Xain ABŞ-ı sərt şəkildə qınayırıq. Amerika öz hegemonluğunu bir daha göstərdi, amma bu, davam edərsə, vəziyyət hər bir ölkə üçün pisləşəcək”.

 

Britaniyanın Xarici İşlər naziri Dominik Raab yazılı açıqlamasında məsələyə belə münasibət bildirib: “İran Qasım Süleymaninin ABŞ-ın hədəfində olduğundan xəbərdar idi. Baş verənlər təəssüf doğursa da, bundan sonra bütün tərəfləri bir daha düşünməyə çağırırıq. Artıq münaqişələr heç kəsin xeyirinə deyil”.

Müəllif: Ayna.az      3 Yanvar 2020 18:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin