Tehranda “odun üstünə benzin tökəcək” açıqlama

Tehranda “odun üstünə benzin tökəcək” açıqlama

“Ümid edirəm ki, bu əməliyyat İran hökumətinin dəyişməsində rol oynayacaq”

 

ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İranda hiddəti artıran açıqlama verib. AYNA xəbər verir ki, o, sosial şəbəkə hesabında, iranlı general Qasım Süleymaninin ölümü ilə bağlı təbrik mətni paylaşıb.

 

“İran generalı Qasım Süleymaninin və “Qüds” xüsusi təyinatlı qrupun darmadağın edilməsi çoxdan gözlənilən əməliyyat idi. Ümid edirəm ki, bu əməliyyat İran hökumətinin dəyişməsində rol oynayacaq”, - Bolton bildirib.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 17:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin