Xameneyi gözlənilən qərarı verdi

Xameneyi gözlənilən qərarı verdi

Qasım Süleymaninin yerinə təyinat olub

 

İraqda öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin yerinə təyinat olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Ali dini lider Ayətullah Əli Xameneyi bu vəzifəyə general İsmayıl Qaanini təyin edib.

Qeyd edək ki, Qaani buna qədər Kasım Süleymaninin müavini olub. O, uzun illәr regionda aparılan əməliyyatlara rəhbərlik edən şəxslərdən olub.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 15:49
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin