Generalın parçalanmış cəsədi barmağındakı üzükdən tanınıb

Generalın parçalanmış cəsədi barmağındakı üzükdən tanınıb

Onun daim barmağında gəzdirdiyi üzük kimliyinin müəyyənləşməsinə imkan verib

 

İraqda öldürülən İran generalı Qasım Süleymani və daha 7 nəfər hərbçinin parçalanmış cəsədləri tapılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, meyitlərin müəyyənləşməsi və kimə məxsus olması çətinlik yaradıb.

 

Amma general Qasım Süleymaninin meyitini müəyyənləşdirmək mümkün olub. Onun meyiti parçalanmış halda olsa da, hər zaman barmağında gəzdirdiyi üzük kimliyinin müəyyənləşməsinə imkan verib. Generalın iri qırmızı qaşlı üzük olan əli tapılıb.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 13:57
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin