Sərhəddə baş verənlərlə bağlı rəsmi açıqlama

Sərhəddə baş verənlərlə bağlı rəsmi açıqlama

DGK: Kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq sıxlığa səbəb olub

 

Ötən gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Gürcüstanla sərhəddə yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması barədə məlumatlar yayılıb. AYNA xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidməti yayılan məlumatlara aydınlıq gətirib.

 

DGK-nın məlumatına görə, ötən gün gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də, bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə üç saatlıq sıxlığa səbəb olub: “Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Lakin bu nisbi sıxlığı “bəzi”lərinin böyük bir ajiotaj kimi təqdim etməsi, dövlət qurumlarını fəaliyyətsizlikdə günahlandırması sadəcə təəssüf doğurur”.

 

“Hazırda “Qırmızı Körpü” gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur”, - deyə Komitədən bildirilib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 18:53
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin