İraqın Baş Naziri: “ABŞ həddini aşdı”

İraqın Baş Naziri: “ABŞ həddini aşdı”

Adil Əbdülmehdi: “Bu sui-qəsd ölkəmin şərəfinə edilən hücumdur, İraqın suverenliyinin təhdididir

 

İraqın Baş Naziri Adil Əbdülmehdi ölkəsində öldürülən iranlı generalla bağlı açıqlama verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, o, ABŞ-ın törətdiyi bu sui-qəsdin bölgədə müharibəni daha da alovlandıracağını deyib.

 

“General Qasım Süleymani və Ebu Mehdi əl Mühəndis İŞİD-ə qarşı vuruşan simvol liderlər idi. Rəsmi vəzifəsini yerinə yetirənlərin ABŞ tərəfindən öldürülməsi İraqa qarşı düşmənçiliyi göstərir. Bu sui-qəsd ölkəmin şərəfinə edilən hücumdur, İraqın suverenliyinin təhdididir. Bu, həm də ölkəmin torpaqlarında olan ABŞ silahli qüvvəllərinin həddini aşması, şərtləri pozmasıdır”, - Baş Nazir bildirib.

 

Əbdülmehdi olanlara qiymətin verilməsi və yekun qərarın çıxarılması üçün tezliklə Məclisi çağıracağını bəyan edib.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Hadisə ilə əlaqədar İranda 3 günlük mətam elan edilib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 13:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin