Nərimanov sakini çarpayıdan yıxılıb, köməyə xilasedicilər gəlib

Nərimanov sakini çarpayıdan yıxılıb, köməyə xilasedicilər gəlib

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Nərimanov rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 12:41
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin