Rusiyadan ABŞ-a: Yeni müharibə alovlanacaq

Rusiyadan ABŞ-a: Yeni müharibə alovlanacaq

“İranlı generalın öldürülməsi İraqdakı radikal şiələrlə ABŞ hərbi qüvvələri arasındakı vəziyyəti daha da gərginləşdirəcək”

 

İraqda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülməsi Rusiyada sərt təpkiyə səbəb olub. AYNA Rusiya mətbuatına əsasən xəbər verir ki, Rusiya Federasiya Şurasının Xarici İşlər Komitəsinin rəhbəri Konstantin Kosaçev baş verənləri “arzuolunmaz ssenari” kimi dəyərləndirib.

 

“İranlı generalın öldürülməsi İraqdakı radikal şiələrlə ABŞ hərbi qüvvələri arasındakı vəziyyəti daha da gərginləşdirəcək. Vaşinqtonun bu ssenarisi çox uğursuz oldu, hadisə yeni müharibənin alovlanmasına yol açacaq”, - Kosaçev bildirib.

 

“Ola bilsin ki, generalın öldürülməsi az əvvəl Bağdaddakı ABŞ səfirliyinə edilən hücuma qarşılıq idi. Əgər bu, intiqam kimi qiymətləndirilirsə, təəssüf edirəm. Çünki qarşı tərəfdən də növbəti həmlə mütləq olacaq. Müharibəni başlamaq asandır, amma bitirmək çox çətin”, - o, əlavə edib.

 

Xatırladaq ki, Süleymani yanvarın 3-ü gecə Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 12:11
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin