Bölgəmiz böyük fəlakətin astanasında

Bölgəmiz böyük fəlakətin astanasında

İranlı generalın amerikalılar tərəfindən öldürülməsi müharibə təhlükəsi yaradıb

 

İraqda İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülüb. Baş verən hadisə rəsmi Tehranda böyük hiddətə səbəb olub.

 

AYNA xarici mətbuata əsaəsn xəbər verir ki, İranın Ali dini lideri Ayətullah Əli Xamaneyi “Günahkarları acı bir intiqam gözləyir”, - açıqlamasını verib.

 

Hadisə dünyanı növbəti müharibə qorxusuna bürüyüb. ABŞ-ın prezidentliyə keçmiş namizədi olmuş Berni Sanders yaşananları belə şərh edib: “İran generalı Qasım Süleymaninin öldürülməsi bölgədə təhlükəli eskalasiya yaradıb. Donald Trampın bu yaramaz addımı Yaxın Şərqdə nöbvəti müharibənin müjdəsini verir. Bu müharibə saysız insan ölümü və milyonlarla dollara bais olacaq. Tramp söz vermişdi ki, müharibələrə son qoyacaq, amma bu davranış müharibəni qaçılmaz edir”.

 

Xatırladaq ki, Qasım Süleymani İraqda ABŞ hərbi qüvvələri tərəfindən öldürülüb. Bombardıman nəticəsində, Suriyada əhəmiyyətli mövqeyi olan, İranın dəstəklədiyi “Haşdi Şabi” qruplaşmasının rəhbərinin köməkçisi Ebu Mehdi əl Mühəndisin də öldüyü təsdiqlənib.

Müəllif: Ayna.az      3 Yanvar 2020 11:01
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin