Kürdəmirdə ağır qəza

Kürdəmirdə ağır qəza

Hadisə yerinə xilasedicilər cəlb edilib

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda “ВАЗ” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobili toqquşub.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Paşayev Raqif Süleyman oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      2 Yanvar 2020 15:53
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin