Pikassonun 20 milyonluq əsərini məhv etdilər

Pikassonun 20 milyonluq əsərini məhv etdilər

20 milyon dollarlıq rəsm əsəri naməlum şəxs tərəfindən hücuma məruz qalıb

 

Məşhur rəssam Pablo Pikassonun milyon dollar dəyərində olan rəsm əsəri bir nəfər tərəfindən qəsədən cırılıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, “Tate” Müasir İncəsənət Qalereyasında “Bir qadının büstü” adlı rəsm əsəri 20 yaşlı gəncin hücumuna məruz qalıb.

 

Bundan sonra təxminəm 20 milyon dəyərində olan əsərdə cırıqlar meydana gəlib. 

 

Qalereya işçiləri zərərin hesablanması üçün rəsm əsərini sərgidən çıxarmağı qərarı alıblar. Lakin dəymiş zərər haqqında daha ətraflı məlumat verilməyib.

 

Qeyd edək ki, gənc təcavüzkarın 30 yanvarda keçiriləcək ilk məhkəmə iclasına qədər həbsdə qalması qərara alınıb.

Müəllif: Mərahim Nəsib      2 Yanvar 2020 06:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin