Rusiya qırıcıları Yeni il gecəsi hücuma keçdi

Rusiya qırıcıları Yeni il gecəsi hücuma keçdi

Rusiya Yeni ilin ilk dəqiqələrində hücum həyata keçirib

 

Rusiya döyüş təyyarələri Yeni ilin ilk dəqiqəsindən etibarən Suriyanın İdlib şəhərinə hava hücumları həyata keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyaya aid qırıcı təyyarələr İdlib şəhər mərkəzi və Kefer Secne kəndlərinə gecə yarısından etibarən 10-dan çox hava hücumu təşkil edib. 

 

Məlumatlara görə, hadisə nəticəsində hələlik heç bir itki qeydə alınmayıb. 

 

Qeyd edək ki, Əsəd rejimi və ona dəstək verən İran və Rusiya dekabrın 20-dən bəri İdlibin cənub-şərqində quru əməliyyatlarını davam etdirir. Əməliyyatlar nəticəsində Bəşər Əsəd rejimi və tərəfdarları 40 yaşayış məntəqəsini ələ keçirmişdilər. Lakin müxalif qüvvələrin təşəbbüsü ilə həyata keçirilən əks-əməliyyatlardan sonra 7 yaşayış məntəqəsi geri alınmış, rejim tərəfindən ələ keçirilən yaşayış məntəqələrinin sayı 33-ə endirilmişdi.

Müəllif: Mərahim Nəsib      2 Yanvar 2020 03:09
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin