Türkiyə Liviya ilə bağlı şərtini açıqladı

Türkiyə Liviya ilə bağlı şərtini açıqladı

"Bizim Silahlı Qüvvələrimiz və Müdafiə Nazirliyimiz hazırdır"

 

Əgər marşal Xəlifə Haftar Tripoliyə hücümu dayandırsa, rəsmi Ankara Liviyaya öz qoşunlarının göndərilməsindən imtina edə bilər.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

 

"Bizim qoşunlarımız Liviyaya girəcəkmi, bu, orada yaranan xüsusi vəziyyətdən asılıdır. Bizim Silahlı Qüvvələrimiz və Müdafiə Nazirliyimiz hazırdır. Parlamentdə qoşun göndərmək üçün mandatın qəbul edilməsi özündə siyasi mesaj daşıyır. Əgər qarşı tərəf hücumlardan imtina haqqında bildirsə, onda niyə bizə ora getməliyik?" - deyə Fuad Oktay "Anadolu" agentliyinə bildirib. 

 

"Amma əgər Haftar "eyni ruhda davam etsə", onda Türkiyə Tripolidə Liviya Milli Razılıq hökuməti ilə razılaşmaya əsasən hökumətin dəvəti ilə ora öz hərbçilərini göndərəcək", - deyə vitse-prezident əlavə edib.

 

"Bu gün və ya sabah bu ediləcək. Əgər risk bu gün varsa - deməli, bu gün, əgər sabahdırsa, deməli, sabah. Üç, on gün sonradırsa, deməli, üç, on gün sonra. Mandat il ərzində qüvvədə olacaq və nə vaxt ki ehtiyac yaranacaq, lazımi sayda qoşun göndəriləcək", - Türkiyə rəsmisi qeyd edib.

 

Türkiyə parlamenti Liviyaya ölkə hərbçilərinin göndərilməsinə icazə verilib-verilməməsi barədə qərarı yanvarın 2-də verəcək. Ölkənin Müdafiə Nazirliyinin başçısı Hulusi Akar bildirib ki, artıq qoşunların göndərişinə hazırlığa başlanılıb.

Müəllif: Ayna.az      1 Yanvar 2020 22:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin