Roma Papası qadını vurduğuna görə üzr istədi

Roma Papası qadını vurduğuna görə üzr istədi

Roma Papası Fransısk onun əlini tutan qadının əlini vurub

 

Roma Papası Fransısk dünən keçirilən Yeni il şənliyində qadının əlini vurmasına görə üzr istəyib.

 

AYNA xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

 

"Səbir – bu sevgidir. Bəzən biz səbri itiririk, dünən mənim kimi. Və bu gün mən dünənki pis nümunə üçün üzr istəyirəm", - deyə pontifik Yeni il münasibəti ilə Vatikanda, Müqəddəs Pyotr meydanında toplaşan dindarlara müraciət edərək deyib. 

 

Qeyd edək ki, hadisə Romada Müqəddəs Pyotr meydanında möminlərlə görüş zamanı baş verib. Roma Papası Fransısk onun əlini tutan qadının əlini vurub. Papa qadının əlinə bir neçə dəfə vuraraq, ona rəğbət bəsləyən qadının hərəkətlərinə kəskin reaksiya verib.

Müəllif: Ayna.az      1 Yanvar 2020 17:37
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin