“Roma” “Milan”ın hücumçusunu transfer etmək istəyir

“Roma” “Milan”ın hücumçusunu transfer etmək istəyir

Pyentek ötən qışda 35 milyon avroya “Milan”a transfer edilib

 

Növbəti transfer pəncərəsində “Milan”ın polşalı hücumçusu Kşiştof Pyentek “Roma”nın oyunçusu ola bilər.

 

AYNA-nın məlumatına görə, bu barədə jurnalist Nikola Şira öz “Twitter” hesabında məlumat verib.

 

Bundan əvvəl, “Milan”nın Pyenteki qışda icarəyə götürə biləcəyi barədə məlumat verilmişdi. Lakin, o, “Cenoa”ya qayıtmaq istəyir.

 

Ötən qışda 35 milyon avroya “Milan”a transfer edilən Pyentek, bu mövsüm İtaliya A Seriyasının 17 oyununda meydana çıxıb, dörd qol vurub.

 

Polşa millisində isə 9 matçda 5 qol vurub.

Müəllif: Ayna.az      1 Yanvar 2020 12:52
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin