Xəlifə Harun Ər-Rəşidin qızılları tapıldı - FOTOLAR

Xəlifə Harun Ər-Rəşidin qızılları tapıldı -         FOTOLAR

Arxeoloqlar IX əsrə aid qızıl sikkələr aşkarlayıb 

 

İsrailin Yavne şəhərində tarixi kəşf gerçəkləşib. AYNA xəbər verir ki, İsrail mediası kəşf haqqında “Bayram hədiyyəsi” başlıqları məlumat verib.

 

Belə ki, Yavne şəhərində qazıntı aparan arxeoloqlar 1200 illik tarixi olan qızıl sikkələr tapdıqlarını açıqlayıblar. Mütəxəssis Robert Kool isə tapılan qızıl sikkələrin Abbasilər dövrünə aid olduğunu və eramızın IX əsrində dövriyyəyə buraxıldığını vurğulayıb. 

 

Kool onu da əlavə edib ki, həmin dövr sənət, elm, ticarət və sənaye sahəsində müsəlmanların ən zəngin dövrü hesab edilir və sözügedən sikkələr də Xəlifə Harun ər- Rəşidin hakimiyyəti illərinə təsadüf edir.

 

Qeyd edək ki, Xəlifə Harun ər-Rəşid Abbasilər xilafətinin beşinci hökmdarı kimi tarixə düşüb.

Fotoları təqdim edirik
Müəllif: Mərahim Nəsib      1 Yanvar 2020 03:27
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin