İspaniyada solçular hakimiyyətə gəlir

İspaniyada solçular hakimiyyətə gəlir

İspaniyada sol koalisiya hökumətini yaratmaq razılaşdırılıb

 

İspaniyada hökumətin 246 günlük passivliyinə son verilib. AYNA xraici mətbuata istinadən xəbər verir ki, ölkə tarixində ilk olaraq sol koalisiya hökumətinin yaradılması barədə razılıq əldə edilib. 

 

Artıq noyabrın 10-da vaxtından əvvəl keçirilən seçkilərdə qalib gələn Sosialist Fəhlə Partiyası (PSOE) ilə "Unidas Podemos" ittifaqı arasında qurulacaq sol koalisiya hökumətinin proqramı da açıqlanıb. 

 

PSOE lideri müvəqqəti Baş Nazir Pedro Sançez və "Unidas Podemos" lideri Pablo İqlesiasın İspaniya parlamentinə təklif etdiyi proqramda zənginlərdən daha çox vergi alınması, əsgərlərin maaşının artırılması, minimum əmək haqlarının qaldırılması, əvvəlki sağ hökumətin islahatlarının ləğv edilməsi, qadına şiddətə qarşı yeni tədbirlərin görülməsi, iqlim dəyişikliyi ilə mübarizə və ölkədəki mərc oyunlarının ləğvi təklif olunub. 

 

Lakin koalisiya üzvlərinin az olduğu 350 nəfərlik İspaniya məclisində təkliflərin qəbul olunması üçün digər partiyaların da dəstək verməsi lazımdır.

Müəllif: Mərahim Nəsib      1 Yanvar 2020 02:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin