Pompeodan "Hizbullah"la bağlı çağırış

Pompeodan "Hizbullah"la bağlı çağırış

ABŞ və İran arasındakı gərginlik artmaqda davam edir

 

ABŞ Dövlət Katibi Mayk Pompeo ABŞ-ın “Hizbullah” təşkilatının İraq və Suriyada yerləşən hədəflərinə hücum etməsi ilə bağlı yeni açıqlamalar verib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Pompeo hücumlarla bağlı İsrailin Baş Naiziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmmdə ibn Salman, Birləşmiş Ərəb Əmirlilikləri (BƏƏ) Baş Qərargah rəisinin müavini Şeyx Məhəmməd ibn Zeyd və Əbu Dabi Vəliəhd Şahzadəsinə əməkdaşlığı gücləndirmək mesajlarını verib. 

 

Pompeo ABŞ vətəndaşlarını və ABŞ-ın bölgədəki mənafeyini qorumaq üçün İrana qarşı sərt addımlar atmağa davam edəcəklərini bildirib. 

 

Qeyd edək ki, dünən ABŞ Müdafiə Nazirliyi “Hizbullah”ın İraq və Suriyada yerləşən hədəflərinə hücum etdiyini və 28 nəfərin öldüyünü açıqlamışdı.

Müəllif: Mərahim Nəsib      1 Yanvar 2020 01:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin