Ağstafada ağır qəza: yaralılar var

Ağstafada ağır qəza:     yaralılar var

Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb

 

Ağstafa rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

 

AYNA-nın “Report”a istinadən məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Ağstafa şəhərindən keçən hissəsində hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış dörd avtomobilə çırpılıb.

 

Qəza nəticəsində 10-dan çox şəxs xəsarət alıb. Onlardan 6 nəfəri - Gültac Quliyeva (1992), Zeynab Quliyeva (2007), Samir Quliyev (1986), Təfəkkür Abdullayev (1982), Covdar İsayev (1998) və Gülşad Abdullayeva (1985) xəstəxanaya yerləşdirilib.

 

İçərisində uşaqların da olduğu daha bir neçə nəfər isə yüngül xəsarətdən və həyəcandan özünü pis hiss etdikləri üçün onlara ambulator yardım göstərilib.

 

Qeyd edək ki, hadisə şəhər ərazisində keçirilən bayram şənliyinə gedən vətəndaşların avtomobillərinin saxladığı yerdə olub. Qəzada "VAZ - 2104 , "VAZ - 2107", iki "VAZ - 2106" və "Mercedes" markalı avtomobillərə ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      31 Dekabr 2019 22:29
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin