İmamoğlu azərbaycanlıları təbrik etdi - VİDEO

İmamoğlu azərbaycanlıları təbrik etdi -       VİDEO

"Bayramda da, kədərli günlərində də çiyin-çiyinəyik"

 

Bu il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 30-cu ili tamam olur.

 

AYNA xəbər verir ki, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik edib.

 

O, videogörüntü ilə Azərbaycana təbriklərini bu şəkildə ünvanlayıb: "31 dekabr Azərbaycanlıların Həmrəylik Günüdür. Azərbaycanlı qardaşlarımızın bayramını təbrik edirəm. Mən yaxşı bilirəm ki, bu birlik və qucaqlaşma anı bütün azərbaycanlı dostlarımız və qardaşlarımız üçündür. Bütün azərbaycanlı dostlarımızın həmişə yanlarında olduğumuzu bilmələrini istəyirəm. Bayramda da, kədərli günlərində də çiyin-çiyinəyik, bir-birimizi dəstəkləyirik, həmişə birlikdə güclüyük. Bunu da hiss edirəm. Həmrəylik Gününüz mübarək olsun, azərbaycanlı dostlarım!".

Müəllif: Ayna.az      31 Dekabr 2019 17:41
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin