Keçmiş Baş Nazirə 6 il həbs cəzası verildi

Keçmiş Baş Nazirə 6 il həbs cəzası verildi

Sabiq nazir rüşvət almaqda ittiham olunur

 

Xorvatiyada uzun müddətdir korrupsiya və rüşvət ittihamı ilə mühakimə olunan keçmiş Baş Nazir İvo Sanader haqqında yekun qərar verilib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Sanderin rüşvət alması və Macarıstan mərkəzli enerji qrupunu qeyir-qanuni yolla Xorvatiyanın enerji şirkətinin tərkibinə qatması sübuta yetirilib.

 

Nəticədə, məhkəmə keçmiş baş nazirə 6 il həbs cəzası kəsib.

 

Yerli mətbuatdan verilən məlumatda isə müttəhimin məhkəmə prosesini şikayət edəcəyi bildirilib.

Müəllif: Ayna.az      30 Dekabr 2019 18:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin