Sabirabad sakini Sumqayıtda itkin düşüb - FOTO

Sabirabad sakini Sumqayıtda itkin düşüb -    FOTO

Ə.Hüseynov əqli cəhətdən məhdudiyyətlidir

 

Sabirabad rayonunun Mürsəlli kənd sakini, 1977-ci il təvəllüdlü Əjdər Hüseynov Sumqayıt şəhərində itkin düşüb. Bu barədə onun yaxınları AYNA-ya məlumat verib.

 

Məlumata görə, Əjdər Süleymanov qonaq olduğu Sumqayıt şəhəri 37 saylı məhəllədə yerləşən evdən günorta saatlarında çıxıb və bir daha geri qayıtmayıb.

Ə.Hüseynov əqli cəhətdən məhdudiyyətlidir.  O, evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara cins şalvar və yun köynək olub.

Onu görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinə məlumat vermələri və (050) 487-08- 03 telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Müəllif: Ayna.az      30 Dekabr 2019 17:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin