ABŞ Hizbullahla müharibəyə hazırlaşır

ABŞ Hizbullahla müharibəyə hazırlaşır

Hizbullah təşkilatının səlahiyyətliləri hazır olduqlarını söyləyiblər

 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın dəstəklədiyi Hizbullah təşkilatının İraq və Suriyadakı 5 hədəfini vurması ilə bağlı məlumat yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib.

 

İran Xarici İşlər Nazirliyi hücumu qınayaraq, hadisənin terror aktı olduğunu söyləyib: “Bu hücumlarla ABŞ terrorizmə güclü dəstək verərək İraq və Suriyanın suverenliyinə məhəl qoymadığını göstərdi”.

 

Hizbullah təşkilatının səlahiyyətliləri isə ABŞ-la müharibənin mümkün bir variant olduğunu və bunun üçün hazır olduqlarını söyləyiblər.

Müəllif: Ayna.az      30 Dekabr 2019 17:24
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin