Yüz otuz beş nəfərdə təhlükəli virus aşkarlanıb

Yüz otuz beş nəfərdə təhlükəli virus aşkarlanıb

Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib

 

Bu il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. 

 

AYNA-ya Səhiyyə Nazirliyindən verilən məlumata görə, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. 

 

Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb. 

Müəllif: Ayna.az      30 Dekabr 2019 15:09
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin