Bayram günlərində səyahət etməyi planlaşdıranlar mütləq oxusunlar

Bayram günlərində səyahət etməyi planlaşdıranlar mütləq oxusunlar

"Yeni ilin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti proqnozlaşdırılır"

 

Xəbər verdiyimiz kimi, bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində  2019-cu il ərzində ekologiya sahəsində görülmüş işlərlə həsr olunmuş tədbir keçirilib. 

 

Tədbirdə çıxış edən Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bayram günləri gözlənilən hava şəraiti barədə məlumat verib: "Bayram günlərində əlverişli hava şəraiti hökm sürəcək. Respublikanın şərq rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında qisamüddətli yağış yağacağı, 31-də günün ikinci yarısında isə kəsiləcəyi gözlənilir. Yeni ilin ilk günü isə ölkədə kifayət qədər yumşaq, küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcəyə yaxınlaşacağı proqnozlaşdırılır. Bu da təbiətə səyahət üçün əlverişli fon və yüksək əhval-ruhiyyə yaradacaq. Azərbaycanda isə ziyarət üçün kifayət qədər gözəl məkanlar mövcuddur. Məsələn, Avropanın ən böyük ceyran populyasiyası olan Şirvan milli parkını göstərmək olar".

 

"Hələ qədim dövrlərdən şairlərimizim şeirlərində tərənnüm olunan, təbiətimizə gözəlliyi və zərifliyi ilə xüsusi yaraşıq verən heyvanları seyr edə bilərsiniz. Şirvan milli parkında havanın temperaturu 10-13 dərəcə dərəcə təşkil edəcək. Qeyd etmək istərdim ki, parka nəqliyyat vasitələri ilə daxil olmaq da olar. Bildiyiniz kimi, hazırda quşların miqrasiya dövrü bitib və on minlərlə, yüz minlərlə quş ölkəmizə qışlamağa gəlib. Onların qışlama ərazisi Ağgöl və Qızılağac milli parklarıdır. Flaminqoların gözəlliyi sizi heyran edəcək. Quşları seyr etmək üçün müşahidə vasitələri də var. Havanın temperaturu bu ərazidə 10-14 dərəcəyə yaxın olacaq. Göygöl, istər yay olsun, istər qış, həmişə gözəldir. Yayda yaşıl olan meşələrimiz indi sarı və qırmızı rəngə boyanıb. Səyahətçiləri Göygöl və Maralgölü ziyarət edə bilərlər", - deyə U.Tağıyeva bildirib.

 

O, həmçinin qeyd edib ki, müşahidələrə əsasən, son 20 ildə qarlı mövsüm azalıb: "Azərbaycanda da quraqlıq dövr artıb. Bu səbəbdən 2020-ci ildə su ehtiyatlarına həssaslıqla yanaşmalıyıq”.

Müəllif: Raminə Eyvazqızı      30 Dekabr 2019 14:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin