Azərbaycanın gələn il üzrə xarici siyasət prioritetləri açıqlanıb

Azərbaycanın gələn il üzrə xarici siyasət prioritetləri açıqlanıb

Buraya Azərbaycanın beynəlxalq müstəvidə layiqincə təşviq edilməsi və digər məsələlər daxildir

 

“Azərbaycanın xarici siyasəti ölkəmizin milli maraqlarına uyğun olaraq dövlət başçısının birbaşa rəhbərliyi altında həyata keçirilir və xarici siyasət prioritetlərimiz dəyişilməz olaraq qalır”.

 

AYNA xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağlı bir sıra KİV-ə müsahibəsində növbəti il üzrə Azərbaycanın xarici siyasət prioritetləri ilə bağlı suala cavabında deyib.

 

Nazir bildirib ki, buraya ölkəmizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyinin bərpa edilməsi, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin davam etdirilməsi və daha da genişləndirilməsi, beynəlxalq münasibətlərdə fəal şəkildə iştirak etmək, beynəlxalq sülh və təhlükəsizliyə, inkişafa, tərəqqiyə töhfə verən təşəbbüslərdə iştirak etmək, Azərbaycanın beynəlxalq müstəvidə layiqincə təşviq edilməsi və digər məsələlər daxildir.

 

“Hər bir prioritet istiqamətə uyğun olaraq il ərzində həyata keçiriləcək konkret tədbirlərə gəldikdə isə burada ənənəvi şəkildə atılan addımlara əlavə olaraq, ölkəmizin dörd beynəlxalq-regional təşkilat çərçivəsində (Qoşulmama Hərəkatı, TRACECA, Türk Şurası, GUAM) gələn il ərzində sədrliyi vəzifələrindən irəli gələn məsələlərin həyata keçirilməsinə də diqqət ayrılacaq. Azərbaycanın maraqlarının diplomatik nümayəndəliklərimizin birbaşa iştirakı ilə ikitərəfli və çoxtərəfli müstəvilərdə fəal şəkildə təşviq olunmasına davam ediləcək”, - deyə Məmmədyarov qeyd edib.

Müəllif: Ayna.az      30 Dekabr 2019 12:54
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin