Instagramxorun gündəliyi

Instagramxorun gündəliyi

Sosial şəbəkələr bəzilərimiz üçün özünüifadəyə imkan yaradan kiçicik bir fəzadır

 

Instagram Terminləri Lüğəti:

App [ ap ] - Tətbiq

Account [ uh-kount ] / Profile [ proh-fahyl ] - Hesab

Post [ pohst ] - Instagramda yayınlanan şəkil

Direct [ dih-rekt ] - Tətbiqdəki hesabınıza gələn mesajların yığıldığı bölmə

Story [ stohr-ee ] - Paylaşıldıqdan sonra yalnızca 24 saat görünən şəkillərin yığıldığı bölmə

Screenshot [ skreen-shot ] – Telefon ekranın şəkli

Follow [ fol-oh ] - Hesabın paylaşımlarını daima izləmək üçün abunəçiyə çevrilmək

 

 

Instagram hesabı: @shsali

Yaranma tarixi: 2013-cü il noyabr

Post sayı: 3889

İzləyici sayı: 2305

İzlənən hesab sayı: 2031

Instagram-da orta hesabla keçirilən saat: 72 saat (bir həftə 168 saatdır)... (şərhsiz)

 

Instagram istifadəsinə ara verməli olduğumu, IOS-un “Screen Time” (Ekran vaxtı) yenilənməsinin Instagram-da həftə ərzində orta hesabla 72 saat keçirdiyimi göstərdikdən sonra başa düşmüşdüm. O detoks həftəsini elə hey uzadırdım...

 

23 Senytabr, saat 21:15. O an zənnimcə, məni sarsıdan bir xəbərdən sonra Dünyadan yox olmaq istəyi. (Sosial şəbəkələrdən yox olmaq, orda olanlara müdaxilə etməmək, orda olanlardan xəbərdar olmamaq dövrümüzdə dünyadan yox olmağa bərabərmi olub?!) Bu istəyin ardından ilk iş: əlimə Iphonum-u alıb Instagram tətbiqini telefonumdan sildim. Instagram hesabımı bağlamadım, sadəcə tətbiqi telefonumdan sildim. (Hesabı bağlamayıb, sadəcə əlimin çatmaması üçün tətbiqi telefonumdan silməyimin səbəbi “ortalıqdan” yox olmağımın fərqinə varan dost-tanışımın “nə olub sənə?”, “yaxşısan?”, “hər şey qaydasındadır?”, “depressiyadasan?” kimi sualların mesaj şəklində guppuldadılmaması üçün idi. (Depressiyada olduğum doğru idi, amma o, ayrı məsələ.) Bundan savayı Instagram-ı bir neçə günlük silərək diqqət çəkməyə çalışan insan obrazına çevrilmək istəmirdim. (Yeni psixologiya kitabları yazıldıqca sosial şəbəkələr üzərindən manipulyasiya psixi pozğunluq zamanı diqqət yaratmağa çalışan xəstələrin xəstəlik simptomları arasında olacaq, əminəm.))

 

24 Senytabr, saat 01:15. Youtube-da videoda gördüyüm maraqlı şəxsi (Profilə daxil olsanız, sosial şəbəkələrin, ələlxüsus Instagram-ın şüurumuzdakı uğur, mükəmməllik, həyat tərzi rəsmini - anlamını necə deformasiya etdiyini anlayarsınız. Və bu, sadəcə milyondan bir nümunədir.) Follow etmək istəyərkən Instagram-ımı sildiyimi xatırlayıb üzüldüm. Şəxsin Instagram hesabının adını (@crosbytailor) screenshot edərək Instagram-a qayıdacağım gün üçün tədarük etdim. (Hiss etmisinizmi, bəzən sanki yalnız sosial şəbəkə üçün yaşayırıq. Tətilə gedim, rəngli şəkillərim olsun. Saçlarımı burum, şəkildə havalı görünsün. Axşam yeməyimi “Y”-da yeyim, mənim də ora getdiyim anlaşılsın. Xüsusən də, fotolar yalnız sosial şəbəkələr üçün çəkilir. Albom və ya çərçivə sözləri arxaizmə çevrilmək üzrədir. Sosial şəbəkədə yoxsansa, o qədim qalanın önündə sənin şəklini heç çəkmək də lazım deyil.)

Müəllif:      30 Dekabr 2019 12:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
18 Sentyabr
16:24
Tofiq Yaqublu azadlıqda: Apellyasiya şikayəti təmin olundu - FOTO
18 Sentyabr
15:30
Dövlət gedənləri qaytarmaq üzərində baş sındırır – İlk mərhələdə 20 milyon manat
18 Sentyabr
13:38
“Ermənistan bu günə qədər hansı qanunu sayıb ki?!” – Təxribat davam edir
18 Sentyabr
10:31
Altıncı çağırış Milli Məclisin 6 aylığı: Yenilər köhnələrdən fərqlənə bildi?
17 Sentyabr
23:20
Qızlarınızı ərə deyil, dərsə göndərin!
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin