Alp dağlarında uçqun: ölənlər var

Alp dağlarında uçqun:     ölənlər var

Ölənlər Almaniya vətəndaşlarıdır

 

Alp dağlarında 35 yaşlı qadın və 7 yaşında iki qız uşağı qar uçqununun altında qalaraq həlak olub.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər Almaniya vətəndaşlarıdır. Onların axtarışı üçün İtaliya hökuməti 70 nəfərdən ibarət qrupu 3 helikopterlə hadisə yerinə göndərib.

 

Qadın və qızlardan birinin cəsədi Avstriya sərhədi yaxınlığında, Cənubi Tirolda təxminən 2400 metr hündürlükdə olan Val Senales buzlağının yanında tapılıb. Sağ qalan digər qız isə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Müəllif: Ayna.az      30 Dekabr 2019 06:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin