Rusiyada terror aktı planlaşdıranlar yaxalanıb

Rusiyada terror aktı planlaşdıranlar yaxalanıb

Terror aktına hazırlıq barədə informasiyanı ABŞ-ın xüsusi xidmət orqanları verib

 

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yeni ildə Sankt-Peterburqda insanların kütləvi toplaşdığı yerlərdə terror aktları törətmək niyyətində olan 2 nəfəri yaxalayıb.

 

AYNA "Report"a istinadən xəbər verir ki, həmin şəxslərin Rusiya vətəndaşları olduqları bildirilir. Qeyd edilir ki, terror aktına hazırlıq barədə informasiyanı ABŞ-ın xüsusi xidmət orqanları verib.

 

Rusiyanın İstintaq Komitəsi faktla bağlı "Cinayətin törədilməsinə hazırlıq", "Terrorçuluq" və "Terror təşkilatlarının fəaliyyətində iştirak" maddələri üzrə cinayət işi qaldırıb.

 

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin telefon danışığında ABŞ dövlət başçısı Donald Trampa terror aktının qarşısının alınmasında köməyə görə təşəkkür edib. Liderlər terrorçuluqla mübarizədə əməkdaşlığı davam etməyi razılaşdırıblar.

Müəllif: Ayna.az      30 Dekabr 2019 04:16
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin