Meksikada qədim sarayın qalıqları aşkarlanıb

Meksikada qədim sarayın qalıqları aşkarlanıb

Binanın qalıqlarının uzunluğu 55 metr, hündürlüyü də 6 metrdir

 

Meksikada qədim sarayın qalıqları aşkar edilib. 

 

AYNA “Report”a istinadən xəbər verir ki, tarixi tikili ölkənin cənub-şərqindəki Yukatan ştatında qədim Kuluba şəhərində tapılıb. 

 

Onun eramızın VII əsrində, Orta Amerikada maya mədəniyyətinin yüksəlişi dövründə tikildiyi güman edilir.

 

Şəhərin mərkəzi meydanında ucaldıldığı ehtimal olunan binanın qalıqlarının uzunluğu 55 metr, hündürlüyü də 6 metrdir. Hazırda sarayla yanaşı, yaxınlıqda iki yaşayış evinin, bir ibadətgahın, bir də kürəyə bənzər tikilinin qalıqları üzərində tədqiqatlar aparılır.

Müəllif: Ayna.az      29 Dekabr 2019 23:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin