Son 45 gün ərzində 1400 nəfər dünyasını dəyişib

Son 45 gün ərzində 1400 nəfər dünyasını dəyişib

Baş verən ölümlərə terrorla yanaşı, Əsəd rejimi ilə Rusiya Silahlı Qüvvələrinin hücumları da səbəb olub

 

Türkiyə Qızıl Aypara Cəmiyyətinin (TQAC) sədri Kərəm Kınık Suriyada terror hadisələri nəticəsində son 45 gündə1400 nəfərin öldüyünü, 250 min insanın isə ölkəni tərk etdiyini bildirib. 

 

AYNA xəbər verir ki, baş verən ölümlərə terrorla yanaşı, Əsəd rejimi ilə Rusiya Silahlı Qüvvələrinin hücumları da səbəb olub.

 

Suriyada Əsəd rejim ilə Rusiyanın hücumları səbəbiylə Türkiyə sərhədinə sığınanları  ziyarət edən cəmiyyət ehtiyacı olan ailələri geyim və ərzaq tədarükü ilə təmin edib.

 

TQAC sədri bildirb ki, hücumlar nəticəsində əsasən mülki vətəndaşların yaşayış yerləri hədəf alınıb: “Bölgə üçün əlimizdən gələni edirik. Artıq bölgəyə 500-qədər çadır gətirmişik və insanların yerləşdiyi ərazilərdə çadrları qurmağa başlaycağıq. Ölkələrini tərk etməyə məcbur qalan vətəndaşların beynəlxalq dəstəyə ehtiyacı var. Türkiyə Qızıl Aypara Cəmiyyəti olaraq insanlara bacardığımız qədər dəstək olmağa və kömək etməyə çalışırıq”.

Müəllif: Ayna.az      29 Dekabr 2019 20:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin