Ehtimal olunan istefa baş tutdu

Ehtimal olunan istefa baş tutdu

Komandir Martinezin mülki şəxslərin ölümünə səbəb olması bildirilirdi

 

Kolumbiya Quru Qoşunlarının komandiri Nikosa de Jesus Martinez vəzifəsindən istefa verib. AYNA xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı açıqlama yayıb.

 

Açıqlamada Kolumbiya prezidenti İvan Duquenin, Martinezin istefa xəbərini təsdiqləməsi və general Eduardo Zapaterionu Quru Qoşunlarına yeni rəhbər təyin etməsi əks olunub.

 

Qeyd edək ki, cari ilin may ayından etibarən Nikosa Martinez və digər hərbi vəzifəlilərlə əlaqədar, beynəlxalq mediada məlumatlar yayımlanmağa başlamışdı. Məlumatlarda komandir Martinezin mülki şəxslərin ölümünə səbəb olması bildirilmişdi.

Müəllif: Ayna.az      29 Dekabr 2019 18:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin