Partiya sədri Məhəmməd Peyğəmbərlə bağlı karikatura yarışması keçirib

Partiya sədri Məhəmməd Peyğəmbərlə bağlı karikatura yarışması keçirib

Qert Vilders Məhəmməd Peyğəmbərlə bağlı karikatura yarışması təşkil edib

 

Niderlandda İslam dini ilə bağlı növbəti xoşagəlməz hadisə baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Niderland Azadlıq Partiyasının sədri Qert Vilders Məhəmməd Peyğəmbərlə bağlı karikatura yarışması təşkil edib və sosial media vasitəsi ilə qaliblərin adlarını açıqlayıb.

 

Mövzu ilə bağlı Niderland hökumətinin təzyiqlərinə məruz qalmadığını bildirən Vilders bu yarışmanı düşüncə azadlığının müdafiəsinə diqqət çəkmək üçün təşkil etdiyini bildirib.

 

Lakin müsabiqə sona çatdıqdan sonra Vilders bir sıra təhdidlərə məruz qaldığını vurğulayıb. Belə ki, partiya sədri Cüneyd Haaqa adlı Pakistan vədəndaşının sui-qəsdi ilə üzləşib. Lakin çox keçmədən Cüneyd adlı şəxs Niderland polisi tərəfindən həbs olunub.

Müəllif: Ayna.az      29 Dekabr 2019 17:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin