Yetmişdən çox namizəd parlament seçkilərindən geri çəkilib

Yetmişdən çox namizəd parlament seçkilərindən geri çəkilib

1447  nəfər fərdi qaydada namizədliyini irəli sürüb

 

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808 nəfər müraciət edib.

 

AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

 

M.Pənahov bildirib ki, namizədlərin 350 nəfəri 18 siyasi partiya tərəfindən irəli sürülüb: "11  nəfər təşəbbüs qrupları tərəfindən, 1447  nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

 

MSK rəsmisinin sözlərinə görə, müraciət edən şəxslərin 1348 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: “Onlardan 1142 nəfəri imza vərəqələrini artıq götürüb, 159 nəfəri imza vərəqini qaytarıb. 27 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür". 

 

M.Pənahovun bildirdiyinə görə, 74 nəfər isə seçkilərdə iştirakını dayandırıb.

Müəllif: Ayna.az      29 Dekabr 2019 17:13
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin