Nazirlər Kabinetində 8 vəzifə boşdur – SİYAHI

Nazirlər Kabinetində 8 vəzifə boşdur –     SİYAHI

Nazirlər Kabinetinin Aparatı ali kateqoriyalı dövlət orqanıdır

 

Nazirlər Kabinetinin Aparatının strukturunda səkkiz yüksək vəzifə boşdur.

 

Baş nazirinin birinci müavininin xidməti, Baş nazirinin müavinlərinin xidmətləri, Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti postuna rəhbər təyin edilməyib.

 

Bundan başqa Nazirlər Kabinetinin Beynəlxalq əməkdaşlıq, Hüquq və qanunvericilik, Humanitar məsələlər, Nəqliyyat, kommunikasiya və innovasiya, Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbələrinə müdir vəzifələri boşdur.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin Aparatı ali kateqoriyalı dövlət orqanıdır.

 

Fəaliyyət istiqaməti Konstitusiyada təsbit olunmuş və Prezidentin aktları ilə həvalə olunmuş səlahiyyətlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsini təşkil və təmin etməkdən ibarətdir.   /oxu.az/

Müəllif: Ayna.az      29 Dekabr 2019 15:10
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin