Sabiq yüksək vəzifəli məmur dünyasını dəyişib

Sabiq yüksək vəzifəli məmur dünyasını dəyişib

ADXDG-nin keçmiş rəisi Aydın Bəşirov Türkiyədə vəfat edib

 

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov vəfat edib. Bu barədə “Report”a onun yaxınları məlumat veriblər.

 

Bildirilib ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə vəfat edib. Mərhumun cənazəsinin bu gün axşam Bakıya gətiriləcəyi və sabah dəfn ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. 2013-cü ildə isə vəzifəsindən azad edilib.

Müəllif: Ayna.az      29 Dekabr 2019 12:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin