Quterreş Somalidəki terror hücumunu pisləyib

Quterreş Somalidəki terror hücumunu pisləyib

Baş katib cinayətkarların həbs olunmasını istəyib 

 

BMT-nin Baş katibi Antonio Quterreş Somalidəki terror hücumunu sərt şəkildə qınayıb.

 

AYNA-nın APA-ya istinadən xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrikin verdiyi açıqlamada deyilir.

 

“Baş katib 28 dekabrda Moqadişoda baş verən terror hücumunu qətiyyətlə pisləyir”, - deyə Düjarrik bildirib.

 

Onun sözlərinə görə, Baş katib hücumun günahkarlarının məsuliyyətə cəlb olunması ilə bağlı çağırış edib.

Müəllif: Ayna.az      29 Dekabr 2019 03:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin