Tez arıqlamağın 5 üsulu

Tez arıqlamağın 5 üsulu

"Yuxu çatışmazlığı toxluq və aclıq hormonlarının balansını pozur"

 

Adi qaydalara riayət etmək qısa müddət ərzində arıqlamağa və sağlamlığı qorumağa kömək edəcək.

 

AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, cəmi beş vərdiş bədən quruluşunu yetərincə dəyişə bilər.

 

Birincisi, diyetoloqlar duzu ədviyyatlarla əvəz etməyi məsləhət görür, çünki onlar metabolizmi sürətləndirir. Belə ki, Çili istiotu orqanizmdə yağ yandırılması proseslərinin stimulyatorudur, xardal və zəncəfil isə beyin reseptorlarına təsir edərək toxluq hissini uzadırlar.

 

İkincisi, şirniyyatdan imtina etmək lazımdır. O cümlədən, tər meyvə və giləveymə əlavəli qazlı mineral sulardan da istifadə etmək qağandır.  

 

Üçüncü bənd sağlam yuxu ilə bağlıdır. Arıqlayan insanlar yetərincə yatanda (sutkada 7-9 saat) onların bədənindəki yağ faizi daha intensiv aşağı düşür. Yuxu çatışmazlığı isə toxluq və aclıq hormonlarının balansını pozur.

 

Dördüncüsü, diyetoloqlar erkən nahar etməyi məsləhət görür – saat 15:00-dək. Bu vaxtdan sonra qida az kalorili olmalıdır.

 

Və sonuncu bənd – səhər yeməyində yetərincə zülaldan istifadə etmək lazımdır. Belə ki, zülal, sellüloz və yağ orqanizm tərəfindən yetərincə gec mənimsənilir. Yalnız karbohidratla qidalanan şəxsdə isə bir saatdan sonra aclıq hissi yaranacaq.

Müəllif: Ayna.az      29 Dekabr 2019 02:08
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin