Azərbaycanlı alim “Şöhrət” ordeni ilə təltif olundu

Azərbaycanlı alim “Şöhrət” ordeni ilə təltif olundu

Alimin 70 yaşı tamam olur

 

Prezident İlham Əliyev kimyaçı-alim Dilqəm Tağıyevlə bağlı sərəncam imzalayıb. 

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir: 

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Dilqəm Bəbir oğlu Tağıyev “Şöhrət” ordeni ilə təltif edilsin".

Image result for Dilqəm Bəbir oğlu Tağıyev

Qeyd edək ki, kimyaçı alimi, AMEA-nın vitse-prezidenti, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru Dilqəm Tağıyevin 2020-ci il 6 yanvar tarixində 70 yaşı tamam olur.

Müəllif: Ayna.az      28 Dekabr 2019 18:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin