Prezident bu sahəyə 3 milyon manat ayırdı

Prezident  bu sahəyə 3 milyon manat ayırdı

"Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin"

 

Prezident İlham Əliyev "Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

 

Ölkəmizdə turizmin inkişaf etdirilməsi, yeni turizm marşrutunun yaradılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

"1. Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.2.6-cı yarımbəndində göstərilmiş məbləğin 3,0 (üç) milyon manatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə ayrılsın.

 

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Müəllif: Ayna.az      28 Dekabr 2019 17:34
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin