Terror aktında yüzə qədər insan öldü

Terror aktında yüzə qədər insan öldü

40-a yaxın yaralı isə xəstəxanalara yerləşdirilib


Somalinin paytaxtı Maqadişoda bomba yüklü avtomobilin partladılması nəticəsində 90-dan insan həlak olub.


AYNA xarici mediaya istinadən xəbər verir ki, ölənlərin arasında 17 polis əməkdaşı, 73 mülki şəxs və 4 əcnəbi olduğu bildirilir.

 

Ölənlər arasında iki Türkiyə vətəndaşı da olub. Onların yol çəkilişləri firmasında işlədikləri bildirilir.

 

Terror aktı yaxınlıqdan tələbə avtobusunun keçməsi zamanı törədilib. Nəticədə avtobusdakı tələbələrdən də 7-i həyatını itirib.  


Hadisə nəticəsində xəsarət almış 40-a yaxın yaralı isə xəstəxanalara yerləşdirilib. 

 

Türkiyə hökuməti həlak olan iki vətəndaşıyla bağlı araşdırmaya başlayıb.

 

Bölgədə fəaliyyət göstərən terrorçu qrupların heç biri baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.

Bölgədə fəaliyyət göstərən terrorçu qrupların heç biri baş verənlərə görə məsuliyyəti üzərinə götürməyib.

 

Müəllif: Ayna.az      28 Dekabr 2019 16:51
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin