Ramiz Mehdiyev: “İslahatlara ehtiyac var”

Ramiz Mehdiyev: “İslahatlara ehtiyac var”

AMEA-da 2 birinci vitse-prezident seçiləcək 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında akademiyanın ümumi yığıncağı gedir.

 

AYNA xəbər verir ki, yığıncağın gündəliyinə “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”, AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.

 

Yığıncaqda AMEA-nın prezidenti Ramiz Mehdiyev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Ceyhun Bayramov, Baş nazirin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin müdiri Fərəh Əliyeva və başqaları iştirak edir.

 

Yığıncaqda çıxış edən, AMEA-nın prezidenti Ramiz Mehdiyev Akademiyada islahatlara ehtiyac olduğunu bildirib: "Bu gün Akademiyanın qarşısında, tamamilə yeni vəzifələr dayanır. Hazırkı şəraitdə akademiyanın elmi potensialının inkişafında islahatlara ehtiyac var. Bu vəzifə də dünya elminin inkişafı meyllərindən, ölkənin intellektual modelə əsaslanan strateji inkişaf istiqamətindən irəli gəlir".

 

O əlavə edib ki, Akademiya bütün başlanğıcların lideri olmalıdır: "Akademiyada dövlət başçısı tərəfindən həyata keçirilən çoxşaxəli islahatlara elmin dəstəyini təmin etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilməlidir".

Müəllif: Ayna.az      28 Dekabr 2019 12:49
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin