Kursant yataqxanası istifadəyə verilib

Kursant yataqxanası istifadəyə verilib

Açılış mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti iştirak edib

 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yeni istifadəyə verilən dördmərtəbəli kursant yataqxanasının açılışı olub. Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

 

Açılış mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti iştirak edib. Nazirə məlumat verilib ki, müasir tələblərə cavab verən yeni dördmərtəbəli bina şəxsi heyətin əşyalarının saxlanması üçün anbardan, silah, ideoloji, dəftərxana, məişət və digər otaqlardan ibarətdir.

 

Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ətrafda abadlıq işləri aparılıb, yaşıllaşdırma sahəsi salınıb.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      28 Dekabr 2019 11:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin