Putinin "yenilməz" silahı istifadəyə hazırdır

Putinin "yenilməz" silahı istifadəyə hazırdır

Putin "Avant-Garde" və "Sarmat" raket sistemlərini "yenilməz" olaraq xarakterizə etmişdi

 

Rusiyanın Müdafiə naziri Sergey Şoygu ordu inventarına daxil olan "Avant-Garde" qitələrarası hipersonik raketin istifadəyə hazır olduğunu açıqlayıb.


AYNA xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən edilən açıqlamaya görə, Şoygu Rusiya prezidenti Vladimir Putinə "Avangard" raket sisteminin istifadəyə hazır olduğu barədə məlumat verib.


Qeyd edək ki, ötən ilin mart ayında Putin Bundestaqdakı çıxışında bir neçə yeni silahı, o cümlədən "Avant-Garde" və "Sarmat" raket sistemlərini "yenilməz" olaraq xarakterizə etmişdi.


Müdafiə Nazirliyinin bu həftə keçirilən illik toplantısında iştirak edən Putin "Avangard" raket sisteminin ordu inventarına daxil edildiyini açıqlamışdı.

Müəllif: Ayna.az      28 Dekabr 2019 05:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin